Qəzzədə şəhid olanların sayı doqquz min nəfəri ötüb keçibdir
https://azeri.sahartv.ir/news/fələstin-i405059-qəzzədə_şəhid_olanların_sayı_doqquz_min_nəfəri_ötüb_keçibdir
Fələstinli medialar Qəzzə zolağının bombardman edilməsi nəticəsində fələstinli şəhidlərin sayının artmasından xəbər veriblər.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 03, 2023 12:02 Asia/Baku
  • Qəzzədə şəhid olanların sayı doqquz min nəfəri ötüb keçibdir

Fələstinli medialar Qəzzə zolağının bombardman edilməsi nəticəsində fələstinli şəhidlərin sayının artmasından xəbər veriblər.

Fələstinli medialar bu gün, «Əl-Əqsa Tufanı» döyüşünün 28-ci günündə bildiriblər ki, Qəzzə zolağının işğalçı rejimin qırıcıları tərəfindən bombardman edilməsinin davam etməsilə fələstinli şəhidlərin sayı doqquz min nəfəri ötüb keçibdir.

Ötən gecə və bu gün səhər saatlarında qərb sahilində sionist hərbçilərlə döyüşlərdə səkkiz fələstinli şəhid olub və oktyabrın yeddisində «Əl-Əqsa Tufanı» əməliyyatı başlanandan bəri qərb sahilindəki şəhidlərin sayı 140 nəfərə çatıbdır.