“Atəşi dayandırın, Qəzzə uşaq qəbiristanlığına çevrilir”
https://azeri.sahartv.ir/news/fələstin-i405186-atəşi_dayandırın_qəzzə_uşaq_qəbiristanlığına_çevrilir
BMT katibi Antonio Quterreş Qəzzə zolağında humanitar atəşkəs üçün təcili tədbirlərin görülməsinə çağırıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 07, 2023 09:02 Asia/Baku
  • “Atəşi dayandırın, Qəzzə uşaq qəbiristanlığına çevrilir”

BMT katibi Antonio Quterreş Qəzzə zolağında humanitar atəşkəs üçün təcili tədbirlərin görülməsinə çağırıb.

“Qəzzə uşaq qəbiristanlığına çevrilir”, - deyə baş katib cinayətkar İsrail rejimini qınayıb.

Quterreş deyib ki, Qəzzədəki kabus humanitar böhrandan daha çox insanlıq böhranıdır. Bölgədə "heç kim təhlükəsiz deyil, halbuki mülki şəxslərin müdafiəsinə hörmət edilməlidir. Beynəlxalq humanitar hüquq ayaqlanır.

Bu arada oktyabrın 7-dən bu günədək Qəzzə zolağında 88 BMT əməkdaşının öldürüldüyü xəbər verilir.

Bu barədə BMT-nin Fələstin Qaçqınları üzrə Yaxın Şərq Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu, BMT-nin indiyə qədər bir münaqişədə ən çox itki verməsi kimi qeydə alınıb.