Dek 03, 2023 15:15 Asia/Baku
  • Təl-Əviv raket atəşinə tutulub

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan Əl-Qəssam batalyonları Qəzzədəki fələstinli mülkilərin qırğın edilmələrinə cavab olaraq, dünən gecə Təl-Əvivə qarşı yeni raket hücumu həyata keçirdiyini bildirib.

Bu raket hücumlarından sonra Təl-Əvivdə, həmçinin Bney-Brak, Ramat-Qan, Rişon-le-Sion, Bat-Yam və Əl-Lud da daxil olmaqla işğal olunmuş ərazilərin mərkəzindən geniş miqyasda bölgələrdə həyəcan siqnalları səsləndirilib.

İbridilli mənbələr Təl-Əvidə iyirmidən çox partlayışın baş verdiyini bildiriblər.

Sİonist medialar həmçinin bildiriblər ki, Əl-Qəssam batalyonlarının raketlərindən biri Ramullahın qərbində yerləşən Modiin sionistsakinli qəsəbəyə düşüb və xeyli sayda sionist qüvvə bu bölgəyə yollanıbdır.

Sözügedən mənbələrin məlumatlarına görə, iki raket də Qüds ilə Təl-Əviv arasındakı şose yoluna düşüb.

Qəzzə zolağında müvəqqəti atəşkəs müddətinin yeddi gündən sonra başa çatmasının ardınca cümə günü səhər saatlarında bu zolağın müxtəlif bölgələri, xüsusən Xan Yunis şəhərinə qarşı bombardmanlarını bərpa edən sionist rejim onlarla fələstinlini şəhid edib və yaralayıbdır.