ABŞ-dan qaniçən rejimə total dəstək;
Pentaqon muzdlularını Qəzzəyə göndərib
Fələstin xalqını qətliam etmək üçün Amerika muzdluları İsrail əsgərlərinin yanındadır.
İRNA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, vitural aləmdə yayılan görüntülər Qəzzə əhalisinə qarşı sionist qüvvələr arasında Amerika muzdlularının da oluğuna dəlalət edir. Bu görüntülər həmin amerikalıların işğal olunmuş ərazilərə Ukrayna müharibəsi cəbhəsindən gətirildiyini göstərir.
İrəli Müşahidə Qrupu (FOG) adlı Amerika hərbi şirkəti görüntülər dərc edərək, işğal olunmuş ərazilərdə Fələstin xalqına qarşı İsrail üçün döyüşdüyünü iddia edib.
Bu qrup rəsmi sosial media hesabında Qəzzə zolağında ona bağlı əsgərlərin mövcudluğunu əks etdirən çoxlu foto və videolar dərc edib, hətta onların bəzi avadanlıqları Amerika və Ukrayna bayraqları ilə görünür.