Sionist rejimin gələcəyi qaranlıqdır
İsrail həm cəbhədə, həm də iqtisadiyyatda itirir - TƏHLİL
Cinayətkar İsrailin Qəzzəyə qarşı hücumları səbəbindən bu rejimin iqtisadiyyatı çökür, 400 milyard dollar ziyan gözlənilir.
İsrail tejimin Qəzzədə dinc əhaliyə qarşı bombardmanları və qurudan hücumları onun özünə də mənfi təsirləri artıb. Davam edən hücumlar və onların iqtisadi təsiri işğal olunmuş ərazilrdə qeyri-müəyyənliyə səbəb olub və rejimin maliyyə vəziyyətini zəiflədib.
Münaqişənin maliyyə ölçüsü ilə bağlı bəzi araşdırmalar göstərir ki, İsrail oktyabrın 7-dən bəri davam edən hücumlar səbəbindən gündə təxminən 300 milyon dollar birbaşa xərcləyib. Hücumların müdafiə büdcəsində 4 aydan çox müddətdə “müxtəlif iqtisadi təsirlər və gəlir itkiləri ilə yanaşı” 60 milyard dollara çatdığı təxmin edilir.
İsrailin hücumları həmçini vergi gəlirlərinin azalmasına, borcların artmasına və iqtisadi tənəzzülə gətirib çıxarıb, eyni zamanda ümumi daxili məhsulun (ÜDM) da kəskin şəkildə azalması gözlənilir.
Araşdırmalar göstərir ki, İsraildə turizmin tamamilə dayanıb, kənd təsərrüfatı istehsalı azalıb, yüksək texnologiyalı şirkətlər faktiki olaraq çöküblər.
Bundan əlavə, İsraildə normal olaraq çalışan 400 minə yaxın ehtiyat əsgərin səfərbər edilməsi və təhlükəsizlik səbəbiylə 250 min israillinin köçürülməsi də iş qaydasını pozub və İşçi çatışmazlığı artıq İsrail iqtisadiyyatına milyardlarla dollara başa gəlib və bəzi sektorlarda, o cümlədən texnologiya sənayesində əhəmiyyətli itkilərlə nəticələnib.
ABŞ-da yerləşən RAND Corporation analitik mərkəzinin hazırladığı araşdırmaya görə, İsrail qarşıdakı 10 ildə təxminən 400 milyard dollar iqtisadi fəaliyyətini itirə bilər. Üstəlik, İsrail üçün itkilərin 90 faizi investisiyaların azalması, əmək bazarlarının pisləşməsi, məhsuldarlığın itirilməsi və iqtisadi tənəzzül kimi təsirlərdən olacaq.
Beləliklə də Qəzzəyə qarşı hücumlar İsrailə ciddi iqtisadi yük yaradıb. Münaqişə genişlənərsə və ya digər bölgələrə yayılarsa, bu xərc daha da arta bilər.