Şəfa xəstəxanası ərazisində daha 80 cəsəd tapılıb
https://azeri.sahartv.ir/news/fələstin-i411101-Şəfa_xəstəxanası_ərazisində_daha_80_cəsəd_tapılıb
Qəzzədə Şəfa xəstəxanası ərazisində daha 3 kütləvi məzarlıqdan 80 şəhidin cəsədi tapılıb.
(last modified 2024-05-12T06:47:54+00:00 )
May 12, 2024 10:47 Asia/Baku
  • Şəfa xəstəxanası ərazisində daha 80 cəsəd tapılıb

Qəzzədə Şəfa xəstəxanası ərazisində daha 3 kütləvi məzarlıqdan 80 şəhidin cəsədi tapılıb.

Fələstinin Qəzzə üzrə Səhiyyə Nazirliyi bəyanat yayaraq Qəzzə şəhərinin qərbindəki Şəfa tibb kompleksinin həyətində üç kütləvi məzarlığın aşkar edildiyini açıqlayıb.

Qeyd olunur ki, fələstinli yardım işçiləri Şəfa tibb kompleksinin palatalarında da onlarla cəsəd tapıblar və kütləvi məzarlıqlardan çıxarılan cəsədlərin fiziki müayinəsi bu cəsədlərin əksəriyyətinin tibbi yardımdan məhrum edilmiş xəstələrə aid olduğunu göstərir.

Fələstinin Qəzzə üzrə Səhiyyə Nazirliyi tərəfindən yayılan bəyanatda həmçinin deyilir: “Elə cəsədlər tapdıq ki, İsrail rejiminin hərbi maşınları onların bədənlərinin üzərindən keçmişdi və onları parçalamışdı. Bundan əlavə kütləvi məzarlıqlarda başsız cəsədlər tapılıb”.