Ümumdünya məscidlər günü sionist rejimin cinayətlərini xatırladır
Bu gün, ümumdünya məscidlər günüdür; bu gün sionist rejimin Məsciduləqsanı yandırmaq və dağıtmaq üzrə cinayətlərini xatırladır.
Bu gün, avqustun 21-i, avstraliya əslli ekstremist yəhudi Denis Maykl Ruhan tərəfindən Məsciduləqsanın yandırılmasının 48-ci ildönümü günüdür. Bu gün ümumdünya məscidlər günü adlandırılıb.
Bu gün İran İslam Respublikasının istəyilə İslam Əməkdaşlığı Təşkilatı tərəfindən ümumdünya məscidlər günü adlandırılıbdır ki, məscidlərin ləyaqəti, şərəfi və yüksək dəyərləndirilməsi üçün bir zəmin olmuş olsun.
Səmavi dinlərin ən müqəddəs məkanlarından və müsəlmanların ilk qibləsi olan Məsciduləqsanın 1969-cu il avqustun 21-də yandırılması əbədiyyətədək silinməyəcək Qüdsü işğal edənlər üçün bir biabırçılıq ləkəsi və sionist rejimin cinayətlərinə digər bir sənəddir.
Sionist rejim muzdurları bu gün də terrorçu-təkfirçi İŞİD qrupunun geyimində Ali-Səud rejimi ilə birgə Suriya, İraq və Yəməndə məscidlərin dağıdılması üzrə müştərək kursu təkrar edirlər.
Məscid Allah evidir və müqəddəs məkanların dağıdılması Amerika başda olmaqla Qərb tərəfindən edilən bağışlanmaz bir günahdır.