Yan 23, 2018 15:41 Asia/Baku
  • Bu gün xanım Zeynəbin(s.ə) mövlud günüdür
    Bu gün xanım Zeynəbin(s.ə) mövlud günüdür

Bu gün çərşənbə axşamı, 2018-ci il yanvarın 23-ü və 1439-cu hicri qəməri ili cəmadiül-əvvəl ayının 5-i, həzrət Zeynəb Kübranın(s.ə) səadətli mövlud günüdür.

Bu gün Suriyanın Dəməşq şəhərində Xanım Zeynəbin(s.ə) mövlud günü münasibəti ilə  Bəni Haşimin Aqiləsinin pak hərəmində möhtəşəm şənlik mərasimi keçirilib.

Mərasim iştirakçıları bu əziz gün münasibəti ilə dünya müsəlmanlarını təbrik edərək, öz xoş arzularını diləyiblər: “Xanım Zeynəbin (s.ə) mövlud günü münasibəti ilə dünya müsəlmanlarını təbrik edirəm.” “Səbirli və dözümlü olmağı o həzrətdən öyrənmişik. Və zalımlar ilə mübarizədə o həzrətin yolunu davam etdirəcəyik.”

Əhl Beyt(ə) aşiqlərinin iştirak etdiyi bu mərasim peyğəmbər ailəsinə olan eşq və məhəbbətin gözəl cilvələri ilə bəzədilmişdi.

Mərasim iştirakçılarından biri deyir: “İranlı qardaşlarımızın köməyi ilə təkfirçi terrorçuların xanım Zeynəbin(s.ə) hərəminə uzanan çirkin əllərini kəsdik.”

Başqa bir iştirakçı isə deyir: “Təkfirçilər, işğalçı İsrail, Amerika, Ali-Səud və regionu böhrana sürükləmək istəyən Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman bilməlidirlər ki, nə qədər etsələr də müqaviməti məğlub edə bilməyəcəklər. Və xanım Zeynəb(s.ə) müqavimətin həqiqi simvoludur.”  

Əhl Beyt(ə) məddahları isə öz gözəl ifaları ilə mərasimə rəng qatıblar.

 

Teqlər