11-ci Turizm Sənayesi Sərgisi - İran
https://azeri.sahartv.ir/news/münasibət-i293469-11_ci_turizm_sənayesi_sərgisi_İran
İranda işə başlayan 11-ci Turizm Sənayesi Sərgisi ölkənin turizm potensiallarının tanıtdırılması üçün böyük fürsət hesab olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2018 14:07 Asia/Baku
  • 11-ci Turizm Sənayesi Sərgisi - İran
    11-ci Turizm Sənayesi Sərgisi - İran

İranda işə başlayan 11-ci Turizm Sənayesi Sərgisi ölkənin turizm potensiallarının tanıtdırılması üçün böyük fürsət hesab olunur.

11-ci turizm sərgisi ilə İranın seyrinə çıxırıq. Ölkənin ən mühüm turizm hadisəsi Dünya Turizm Təşkilatının təqvimində qeyd olunub.

İranın Mədəni İrs Təşkilatının sədri Əli Əsğər Munistan deyir: “Bu sərgi ölkə turizminin inkişafına təkan verə bilər.”

Turizm potensialları və mövcud imkanlar gözləntilərdən daha üstün bir İranı fəryad edir.

Sərgiyə baxış keçirənlər deyir: “Çox gözəl idi. Çox ətraflı məlumatlar təqdim edirlər.”

İranın gözəl guşələrini seyrə edərək, sərgidə 3 pavilyona malik olan Qəzvinə çatırıq.

“Cənnətin qapısına xoş gəlmişsiniz”

Bu ilki turizm sərgisində Qəzvin ostanı özəl sektora geniş yer verməklə, öz potensiallarını tanıtdırmağa çalışıb.

Qəzvin ostanının sərgidəki nümayəndəsi deyir: “Bu sərgi Qəzvinin turizm cazibədarlığını tanıtdırmaq üçün yaxşı vürsətdir.”

1300 tarixi əsərə malik olan Qəzvin ostanı bu sərgidə idman turizmi, yemək turizmi, uşaq turizmi və səhiyyə turizmi üzrə öz potensiallarını tanıtdırmağa çalışır: “Biz əsasən müasir texnologiyadan istifadə edərək, Qəzvinin turizm cazibədarlıqlarını tanıtdırmağa çalışırıq. Xüsusilə 3 boyutlu görüntülərdən istifadə edirik.”

Digər iki pavilyon isə Qəzvin bələdiyyəsinə aiddir və 40 canlı proqram ilə sərgiyə qatılıb: “Əsasən, ötən illərdə diqqətdən kənarda qalan sahələri daha artıq tanıtdırmağa çalışırıq.”

11-ci turizm sənayesi sərgisi hər gün səhər saat 8-dən saat 16-ya kimi ümumi baxışa açıqdır.

“Maraqlı əsərlər var. Amma, öləyə turistlərin cəzb edilməsi üçün hələ çox iş görülməlidir.”

11-ci Turizm Sənayesi Sərgisi sabah öz işini başa vuracaq.