Bu gün İmam Səccadın(ə) mövludu günüdür
https://azeri.sahartv.ir/news/münasibət-i303512-bu_gün_İmam_səccadın(ə)_mövludu_günüdür
Bu gün şəban ayının beşi, dünya şiələrinin dördüncü imamı Həzrət Zeynəlabidin(ə)-ın mövludu gününə təsadüf edir. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2018 04:23 Asia/Baku
  • Bu gün İmam Səccadın(ə) mövludu günüdür
    Bu gün İmam Səccadın(ə) mövludu günüdür

Bu gün şəban ayının beşi, dünya şiələrinin dördüncü imamı Həzrət Zeynəlabidin(ə)-ın mövludu gününə təsadüf edir. 

İslami İran dünya şiələrinin dördüncü imamı Həzrət Zeynəlabidin(ə)-ın mövludu günündə nur və şadlıq içindədir.

 Əhli-Beyt(ə) məddahlarının mədhiyyəçilik və mövludoxumaları bütün İranda Seyyidulsacidin İmam Zeynəlabidin(ə)-ın səadətli mövludunun ildönümü günü şənliklərindəndir. 

Şiələrin beşinci imamı İmam Zeynəlabidin(ə) hicrətin 38-ci ilində Mədinə şəhərində dünyaya göz açdı. O həzrətin atası şiələrin 3-cü imamı həzrət İmam Hüseyndir(ə).

İmam Səccad bütün insani keyfiyyətlərində kamil idi. O həzrət öz dövründə ən təqvalı, səbirli və ehtiramlı insan idi. O həzrət yüksək əxlaqi səciyyələrə əla nitqə malik idi. İmam Səccad(ə) insanlarla mehriban davranır yoxsulların əlindən tuturdu.

İranın Teleradio Təşkilatı İmam Zeynəlabidin(ə)-ın mübarək mövludunun ildönümü günü münasibətilə şiələri və bütün dünya azadlıqsevərlərini təbrik edir.