Həzrət İmam Musa Kazim(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk
-
Həzrət İmam Musa Kazim(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə
Bu gün, 1440-cı hicri qəməri ili rəcəb ayının 25-i, 2019-cu il aprelin biri, dünya şiələrinin yeddinci imamı, Həzrət İmam Musa Kazim(ə)-ın şəhadətinin ildönümü günüdür.
İmam Musa Kazim(ə) bir çox alimin iştirak etdiyi möhtərəm atası Həzrət İmam Cəfər Sadiq(ə)-ın böyük elmi məktəbində iştirak edib, atasının fəzilətlərindən bəhrələnərək, pəhrizkarlıq, müqavimət, şücaət və ədalətsevərlik kimi yüksək əxlaqi xüsutiyyətlərdə böyük bir meyar və nümunə oldu.
İmam Musa Kazim(ə) təqribən 35 il müsəlmanlara imamətlik etdi və həmin illərin uzun bir müddətini həbs və sürgündə keçirdi.
Xalqın Həzrət İmam Musa Kazim(ə)-ın elm və fəzilətinin sonsuz ümmanından bəhrələnməsini istəməyən o zamanın hökmranı, Abbasi xəlifələrindən olan Harun Ərrəşid bir fitnə ilə o həzrəti zindanda zəhərlədi və o həzrət 183-cü hicri qəməri ilində 55 yaşında şəhid oldu.
İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Musa Kazim(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara, xüsusən şiələrə və o həzrətin əzadarlarına başsağlığı verir.