Gürcüstanda Məbəs bayramı
https://azeri.sahartv.ir/news/münasibət-i338185-gürcüstanda_məbəs_bayramı
Gürcüstanın Qardabani və Bolnisi şəhərində Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2019 08:39 Asia/Baku
  • Gürcüstanda Məbəs bayramı
    Gürcüstanda Məbəs bayramı

Gürcüstanın Qardabani və Bolnisi şəhərində Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə yerli və Azərbaycan, Almaniya və İrandan ilahiyyatçı alimlər, rayon və ətraf kəndlərdən dəvət olunan inanclılar və ictimaiyyət xadimləri iştirak ediblər.

Müqəddəs qurani kərimin tilavəti ilə başlayan məclisdə şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarına təbrik etdikdən sonra Peyğəmbər (s) və pak əhlibeytinin (ə) viladət və şəhadət günlərinin keçirilməsinin məqsəd və faydalarından danışıb. 

Sonra kürsüyə dəvət olunan Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Hacı Cavad məscidinin axundu, tanınmış din alimi Hacı Əhliman Rüstəmov, Almaniyanın imam cümələrindən olan, din alimi Hacı Kerim Ucar, və digər qonaqlar çıxışları zamanı əziz İslam peyğəmbərinin şəxsiyyəti, İlahi missiyası, fəziləti, amal və hədəfləri, gətirdiyi son və kamil dinin özəllikləri və örnəkləri haqqında söhbətlər ediblər.

Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Almaniyadan qonaq olan Hasan Babur yazdığı dini şeirlərlə məclis içtirakçılarının qəlbini oxşuyub.