Sabah İmam Səccadın(ə) mövlud günüdür
Sabah şəban ayının beşi, dünya şiələrinin dördüncü imamı Həzrət Zeynəlabidin(ə)-ın mövludu gününə təsadüf edir.
İslami İran dünya şiələrinin dördüncü imamı Həzrət Zeynəlabidin(ə)-ın mövludu günündə nur və şadlıq içindədir.
Əhli-Beyt(ə) məddahlarının mədhiyyəçilik və mövludoxumaları bütün İranda Seyyidulsacidin İmam Zeynəlabidin(ə)-ın səadətli mövludunun ildönümü günü şənliklərindəndir.
Şiələrin beşinci imamı İmam Zeynəlabidin(ə) hicrətin 38-ci ilində Mədinə şəhərində dünyaya göz açdı. O həzrətin atası şiələrin 3-cü imamı həzrət İmam Hüseyndir(ə).
İmam Səccad bütün insani keyfiyyətlərində kamil idi. O həzrət öz dövründə ən təqvalı, səbirli və ehtiramlı insan idi. O həzrət yüksək əxlaqi səciyyələrə əla nitqə malik idi. İmam Səccad(ə) insanlarla mehriban davranır yoxsulların əlindən tuturdu.