May 15, 2020 02:28 Asia/Baku
  • İslami İranda 2-ci qədr gecəsinin ehya mərasimləri keçirilib

Fəzilətli qədr gecəsinin ehya mərasimləri koronavirus pandemiyasına görə səhiyyə protokolları nəzərə alınaraq İslami İranın hər bir yerində keçirilmişdir.

SaharAzeri - İmamət və vilayət aşiqləri mübarək ramazan ayının 21-nə keçən gecə bütün İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, ziyarətgahlar və digər dini məkanlarda bir araya gələrək, obaşdanadək Quran qiraət edib, Əlqous Əlqous deyib, Coşən Kəbir duasını və əzəmətli ilahi adları zümzümə ediblər.

İsmət və paklıq Əhli-Beyti(ə) mədhiyyəçiləri də möminlər ağası Əmirəlmöminin Həzrət Əli (ə)-ın vəsfində növhələr oxuyub, mərsiyələr deyiblər.

Mübarək ramazan ayının 19, 21 və 23-cü günlərinə keçən gecələr qədr gecələridir və müsəlmanlar gecəni oyaq qalır, başlarına quran qoyur və Cövşəni-Kəbir duası oxuyaraq Allah taala ilə razu-niyaz edirlər. 

Qədr gecəsi elə bir gecədir ki, il boyu heç bir gecə onun fəzilətinə çatmaz və onda əməl etmək min ayda əməl etməkdən daha yaxşıdır və onda ilin təqdiri müəyyən olur.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı dünya şiələrinin birinci imamınının şəhadətinin ildönümü gününün gəlib çatması münasibətilə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

Mübarək ramazan ayının 19-cu günü səhər çağı Xəvaric qrupundan olan İbn Mulcəm Muradi şiələrin birinci imamı Əmirəlmöminin Həzrət Əli (ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına vurdu.

Şiələrin birinci imamı zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək ramazan ayının 21-ci günündə şəhid oldu.

Səhər Beynəlxalq Televiziya Kanalı mübarək ramazan ayında bütün müsəlmanların ibadət və itaətlərinin Allah taalanın dərgahına qəbul olunacağını diləyir və şiələrin birinci imamı və dünyanın ədalətsevərlərinin rəhbəri Həzrət Əlinin(ə) şəhadəti münasibəti ilə başsağlığı verir. 

Teqlər