İyun 04, 2020 00:18 Asia/Baku
  •     Bu gün 15 xordad, İmam Xomeyninin (rə) tarixi qiyamının ildönümü günüdür

Bu gün 15 xordad (4 iyun) 1963-cü ildə İmam Xomeyninin tarixi qiyamının ildönümü gününə təsadüf edir.

SəhərAzəri - İranın müasir tarixində çoxlu həssas və dönüş nöqtələri qeydə alınmışdır. Lakin 1963-cü il 4 iyun qiyamı bu arada xüsusi əhəmiyyətə malikdir.

57 il öncə 15 xordadda dəhşətli hadisədə Pəhləvi rejiminin amilləri İmam Xomeyninin (rə) Qumun Feyziyyə mədrəsəsində ifşaçı çıxışının ardınca, imamın mənzilinə basqın edərək onu həbs etdilər.

İmam Xomeyni İmam Hüseyn (ə) Aşurası günündə Feyziyyə mədrəsəsində etdiyi sərt çıxışında Pəhləvi rejiminin cinayətləri və Şahın İsraillə əlaqələrini ifşa etmişdi.

İmam Xomeyninin həbsinə reaksiyada vətəndaşlar ruhaniliyə dəstək göstərərək imamla ayrılmaz bağlarla müxtəlif şəhərlər, o cümlədən Tehran və Qumu Şah rejiminə qarşı genişmiqyaslı etirazlar səhnəsinə çevirdilər.

Bu ictimai etirazlar zamanı rejimin təhlükəsizlik qurumunun məmurları Qumun Feyziyyə mədrəsəsinə vəhşicəsinə basqın edərək, bir qrup insanı şəhid etdi, yaraladı və həbs etdi.

Bu gün zülm quruluşunun dağılması, imperializmə qarşı bütün hərəkatlar, o cümlədən İslami Müqavimət Hərəkatı və İslami Oyanış Hərəkatının başlanğıc nöqtəsidir.

İran İslam Respublikasının banisi İmam Xomeyni (rə) 1963-cü il 4 iyunda şah rejiminin müstəbid hökuməti əleyhinə siyasi hərəkatı həssas mərhələyə daxil etdi və bir dekadadan çox müddət ərzində ölkədən kənarda çoxlu çətinliklər, o cümlədən sürgünlə üzləşdi.

Teqlər

Şərhlər