İyun 16, 2020 19:17 Asia/Baku
  • Sabah İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür

şiələrin 6-cı imamı, Şiə Məktəbinin banisi İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü axşamındayıq. Bu il Korona virus üzündən matəm mərasimlərdə məhdudiyyətlər var.

SaharAzeri xəbər verir, Sabah  25 şəvval  İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür. İmam Cəfər Sadiq(ə) öz dəyərli həyatı boyunca elmi dərslər təşkil edərək, müsəlmanların bütün sorğuları və suallarını cavablandırardı. O həzrət öz elmi və seçdiyi metod ilə şiə məktəbinin akademik şəkildə bünövrəsini qoydu və haqq olan yolu məntiq əsasında hamıya sübut etdi. İmam Sadiq(ə)-ın bu metodikası o qədər güclü və təsirli idi ki, Şafeyi, Maliki və Əbu Hənifə kimi Əhl-Sünnət aləminin böyük alimləri belə o həzrətin dərslərində iştirak və onun elmindən bəhrələnirdilər.
Səhər beynəlxalq televiziya kanalının bütün əməkdaşları adından  İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə dünya müsəlmanlarına, Əhl-Beyt(ə) davamçılarına və dünya azadələrinə başsağlığı veririk.

Teqlər

Şərhlər