İyun 20, 2020 13:26 Asia/Baku
  • Siyasət, döyüş və elm meydanlarının qəhrəmanı

Ayətullah Seyid Əli Xameneinin bəyanında: "Şəhid Çəmran, Siyasət, döyüş və elm meydanlarının qəhrəmanı idi."

SəhərAzəri xəbər verir, Mustafa Çəmran Savei (1932-1981) Doktor Çəmran və ya Şəhid Çəmran kimi də tanınır. Döyüş, elm və siyasət meydanlarının fatehi olan bu yorulmaz insan İran və İslam dünyasının tarixində mühüm iz buraxıb getmişdir. O ali təhsilinin ilk pillələrinə elə İranda yiyələnib və fizika sahəsi üzrə doktoranturasını ABŞ-da müdafiə etmişdir. ABŞ-dan sonra vətəninə deyil, islam dünyasında müsəlmanların zülmlə üzləşdiyi müxtəlif bölgələrə səfər edərək, orada yaşamış və yaratmışdır. O Misirdə xüsusi hərbi təlimlər aldı və daha sonra Musa Sədrlə birgə Livana səfər edərək, Sionizmə qarşı mübarizədə və bu ölkədə şiələrin sosial durumunun yaxşılaşdırılmasında əvəzsiz rola malik oldu. Livanda daha sonra şiələrin təmsilçiliyi üçün təsis edilən Əməl hərəkatının baş tutmasında mühüm xidmətləri oldu.
 
Şəhid Çəmran hətta 1953-cü ildə yəni ABŞ və Britaniyanın İranda çevriliş həyata keçirdiyi zamanı ölkədə olmağa çalışmış və özünə görə siyasi faliyyətə malik idi. O zamanda “Milli Müqavimət Nehzəti”ndə yer alan Çəmran daha sonra ABŞ-da olduğu dövrdə “İran Tələbələrinin İslami Əncüməni” adlı qurumu təsis etdi. O inqilabdan (1979) öncə ölkə xairicində olan “İran Azadlıq Nehzəti” hərəkatının aparıcı üzvlərindən idi.
 
İnqilabdan sonra İrana dönən Çəmran bir il müddətində ölkənin müdafiə naziri oldu. O daha sonra İran parlamentində deputat oldu. İran-İraq muharibəsi zamanı ordunun tanınmış və aparıcı komandirlərindən biri olan Çəmran ordunun tərkibində könüllülərdən ibarət və çevik qüvvə hesab edilən “Qeyri-Bərabər və partizan döyüşlərinin mərkəzi”ni təsis etdi. Fizika elmləri üzrə doktor və yorulmaz siyasətçi döyüş meydanında da nə qədər qorxmaz olduğunu göstərdi. Doktor, 1981-ci ilin iyun ayında Xuzestan əyalətində Susəngerd-Dəhlaviyə istiqamətində gedən döyüş zamanı yaralanaraq, şəhid oldu.

Teqlər

Şərhlər