Okt 17, 2020 20:13 Asia/Baku
  • Sabah Rəbiül-əvvəl ayının biridir

Sabah bazar günü 1442-ci hicri qəməri ili Rəbiül-əvvəl ayının biridir.

SəhərAzəri bildirir ki, Baxmayaraq ki, Allah bütün aylarda insanlara öz nemətlərini bəxş edir, Lakin müsəlmanlar arasında bəzi günlər və ayların xüsusi əhəmiyyəti və sevinci vardır.

Rəbiül-əvvəl ayı, adından da bəlli olduğu kimi ayların baharıdır; Bu ay şiələr arasında sevinc və şənlik ayı kimi tanınır.

Bu ayda əziz İslam peyğəmbəri (s.ə.s) və şiələrin altıncı imamı Həzrət İmam Sadiq (ə) dünyaya göz açıb, həmçinin şiələrin 12-ci imamı Həzrət İmam Mehdi(ə)-in imamətinin başlanğıcı bu ayda baş verib. 

İslam İnqilabının böyük rəhbəri Rəbiül-əvvəl ayının fəzilətləri barədə buyurublar: "Rəbiül-əvvəl ayı sözün əsl mənasında həyatın və yaşayışın baharıdır; çünki bu ayda əziz İslam peyğəmbərinin müqəddəs vücudu, həmçinin onun əziz övladı Həzrət Cəfər Sadiq (ə) dünyaya göz açıblar, və peyğəmbərin viladəti Allah təalanın indiyədək bəşər övladına bəxş etdiyi bütün nemətlərin başlanğıcıdır".

İran İslam Respublikasının Teleradio Təşkilatı Rəbiül-əvvəl ayının gəlib çatması münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir.

Teqlər