18 mart nimeyi-şəban bayarmına təsadüf edir
Sabah Həzrət Mehdinin(əc) mövludunun ildönümü günüdür
Sabah 15 şaban, 1443-cü hicri qəməri ili, 18 mart 2022-ci milad ili dünya şiələrinn 12-ci imamı Həzrət İmam Mehdinin (əc) səadətli viladətinin ildönümü günüdür.
Həzrət Mehdi (əc) 255-ci hicri qəməri ili şaban ayının 15-də dünyaya göz açdı.
İmam Zamanın (əc) əziz atası 11-ci imam Həzrət İmam Həsən Əsgəri, anası isə əziz xanım Nərgis idi.
Həzrət Mehdinin (əc) iki qeybə çəkilmək dövrü olmuşdur. Birincisi qısamüddətli, ikincisi isə uzunmüddətli. Birincisi dünyaya gəldiyi vaxtdan xüsusi naiblik dövrünün sonuna qədər davam edib. İkincisi isə həmin andan başlanıb və zühur edəcəyi zamana qədər davam edəcək.
Həzrət İmam Mehdinin (əc) səadətli viladətinin ildönümü gecəsi və günündə İslami İranın xalqı dini məkanlarda olaraq müxtəlif şənliklər keçirir və əsrin imamına öz sevgilərini bəyan edirlər.
Şirni və şərbət paylamaq, mövludxanlıq mərasimləri keçirmək, mədhiyyəçilik İranın müsəlman xalqının Həzrət İmam Mehdinin (əc) səadətli viladətinin gecəsi və gününün əsas proqramlarındandır.
Nimeyi şəban yəni şəban ayının ortası kimi də adlanan İmam zamanın(əc) mövludu günü müqəddəs Məşhəd və Qum şəhərlərində özünəməxus coşqu ilə qeyd olunur.
SəhərAzəri Televiziya kanalı bəşəriyyət aləminin yeganə xilaskarı, Həzrət İmam Mehdinin (əc) səadətli viladətinin gəlib çatması münasibəti ilə bütün müsəlmanları eləcə də ədalətsevər insanları təbrik edir.