İyun 24, 2017 08:36 Asia/Baku
  • Ay hilalının müşahidəsi üçün 150 qrup cəlb edilib
    Ay hilalının müşahidəsi üçün 150 qrup cəlb edilib

İslam inqilabının böyük rəhbərinin ofisinin ay hilalının müşahidə edilməsi üzrə qərargahının rəisi deyib: Bu gün şənbə mübarək ramazan ayının 29-cu günü axşam İranın müxtəlif bölgələrində ayın hilalının müşahidəsi üçün cəlb olunmuş 150 qrup fəaliyyət göstərəcək.

Höccətül-İslam vəl-müslimin Mərvi deyib: Bir çox ekspertlərə görə bu gün günəş batarkən şəvval ayının hilalını görmək mümkün olmayacaq və bu il ramazan ayı 30 gün olacaq. 

İslam inqilabının böyük rəhbərinin ofisinin  dini elmlər mərkəzləri ilə əlaqələr üzrə müavini deyib: Ayın hilalının müşahidəsi (istihlal) qrupları ehtiyat üçün və arxayınlıq əldə etmək üçün şənbə günü ayın hilalını axtaracaqlar, əgər ayın hilalı müşahidə olunarsa və bu muşahidə islam inqilabının böyük rəhbəri həzrət Ayətullahül-üzma Xamenei üçün arxayınlıq yaradacaq dərəcədə olarsa bu elan ediləcək. 

Höccətül-islam Mərvi deyib: Bu gün qürub vaxtı şəvval ayının hilalı müşahidə olunmazsa və islam inqilabının böyük rəhbəri üçün arxayınlıq yaranmazsa mübarək ramazan ayı 30 günlük olacaq və bazar ertəsi günü fitir bayramı olacaq. 

Teqlər