İyul 25, 2017 11:27 Asia/Baku
  • "Kəramət Ongünlüyü" tədbirlərinə start verildi

İranda və digər İslam ölkələrində "Kəramət Ongünlüyü" tədbirlərinə start verilib.

İRNA-nın məlumatına görə, bazar ertəsi axşam şiələrin səkkizinci imamı həzrət imam Rza(ə)ın əziz bacısı xanım Fatimənin(s.ə) mövlud günü axşamında imam Rza(ə) ziyarətgahının təbilləri çalınıb və onun xoş sədaları zəvvarlar və ətrafda olan insanları şənliyə dəvət edib.

Müqəddəs Məşhəd və Qum şəhərləri "Kəramət Ongünlüyü"ndə şənlik mərasimləri, toplantılar və onlarla digər tədbirlərin şahidi olacaq. Xanım Fatimənin(s.ə) mövlud günündən başlayan bu şənliklər imam Rza(ə)-ın mövlud gününə kimi davam edəcək. "Kəramət Ongünlüyü" Əhl Beyt(ə) dostlarının şənlik günləri sayılır.

25 iyul xanım Fatimə Məsumənin(s.ə) mövlud günüdür. 4 avqust isə onun əziz qardaşı imam Rza(ə)-ın mövlud gününə təsadüf edir. Buna görə də, bu iki mövlud günü arasındakı 10 gün "Kəramət Ongünlüyü" adlandırılıb.

Teqlər