İmam Həsən Əsgəri(ə)-ın şəhadəti gecəsində Qum şəhərində əzadarlıq
https://azeri.sahartv.ir/news/münasibət-i287603-İmam_həsən_Əsgəri(ə)_ın_şəhadəti_gecəsində_qum_şəhərində_əzadarlıq
Qum şəhəri Həzrət Vəliyyi Əsr(əc)-in əziz atası, imamlıq səmasının on birinci parlaq ulduzu İmam Həsən Əsgəri(ə)-ın şəhadəti gecəsində matəmə qərq olmuşdu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2017 06:13 Asia/Baku
  • İmam Həsən Əsgəri(ə)-ın şəhadəti gecəsində Qum şəhərində əzadarlıq
    İmam Həsən Əsgəri(ə)-ın şəhadəti gecəsində Qum şəhərində əzadarlıq

Qum şəhəri Həzrət Vəliyyi Əsr(əc)-in əziz atası, imamlıq səmasının on birinci parlaq ulduzu İmam Həsən Əsgəri(ə)-ın şəhadəti gecəsində matəmə qərq olmuşdu.

Paklıq Əhli-Beyti(ə)-ın vurğunları Həzrət Məsumə(s.ə)-nın pak hərəmində matəm mərasimləri keçirərək, İmam Həsən Əsgəri(ə)-ın matəmində əzadarlıq ediblər.

Qum ostanının müxtəlif nöqtələrindən gəlmiş əzadarlıq dəstələri sinəvurma və zəncirvurma heyətləri formasında dünən gecə Həzrət Fatimə Məsumə(s.ə)-nın pak ziyarətgahında əzadarlıq ediblər.

Bazar ertəsi, 1439-cu hicri qəməri ili rəbiüləvvəlin 8-i, 2017-ci il noyabrın 27-si, imamlıq səmasının 11-ci ulduzu Həzrət imam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü günüdür.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə paklıq Əhli-Beyti(ə) vurğunlarına başsağlığı verir.