Mart 08, 2018 20:11 Asia/Baku
  • Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mövludunun ildönümü günü mübarək olsun!
    Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mövludunun ildönümü günü mübarək olsun!

Sabah, cümə, isfənd ayının 18-i, 1439-cu hicri qəməri ili cəmadiüssani ayının iyirmisi, 2018-ci milad ili martın doqquzu, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mübarək mövludunun ildönümü günüdür.

Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı- Həzrət Fatimeyi-Zəhra(s.ə.) hicrətdən öncə səkkinci ilin cəmadiüssani ayının iyirmisində dünyaya göz açdı.

Bu möhtərəm xanım uşaqlıqdan Vəhy evində möhtərəm atası, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in göstərişləri ilə kamal, elm və fəzilətin ən yüksək dərəcələrinə nail oldu.

Həzrət Muhəmməd(s.ə.s)-in əziz qızı həmçinin dünya şiələrinin birinci imamı İmam Əli(ə)-ın evinin isti və səfalı ocağında ən yaxşı tərzdə həyat yoldaşı və ana vəzifələrini yetirdi və İmam Həsən(ə), İmam Hüseyn(ə) və Həzrət Zeynəb(s.ə.) kimi böyük insanlar yetişdirdi.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) bütün miqyaslarda dünya qadınları üçün meyar sayılır və o həzrətin İranda İslam Respublikasının banisi, Həzrət İmam Xomeyni(r.ə)-in təvəllüdünün ildönümü gününə təsadüf edən mövlud günü ana və qadın günü adlandırılıb və bu gündə qadının, xüsusən ananın şəxsiyyəti və yeri yüksək şəkildə dəyərləndirilir.

Bu münasibətlə İslami İran iki aləmin xanımı, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı- Seddiqeyi Tahirə, Həzrət Fatimeyi-Zəhra(s.ə.) mövludu gecəsində başdan-başa şadlıq və şənlik içindədir.

İranın müxtəlif məntəqələri, xüsusən müqəddəs Qom və Məşhəd şəhərləri başqa bir əhval-ruhiyyəyə malikdirlər. İsmət və paklıq xanədanı(ə) vurğunları və davamçıları küçə və keçidləri bəzəyib, çırağban edib, şənliklər keçirərək, bu mübarək mövludu qeyd edirlər.

İran İslam Respublikasının TeleRadio Təşkilatı  Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mübarək mövludunun ildönümü gününün gəlib çatması münasibətilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

 

Teqlər