Bu gün İranda neft sənayesinin milli elan edilməsinin ildönümü günüdür
Bu gün İranda neft sənayesinin milli elan edilməsinin 67-ci ildönümü günüdür
1951-ci il 20 martda İranın neft sənayesinin milli elan edilməsi layihəsi İran partlamentində neft komissiyasının təklifi əsasında qəbul edildi və İran nefti rəsmən milli elan edildi.
İranda neft sənayesinin milli elan edilməsi ilə əlaqədar gərgin siyasi dövrdən sonra nəhayət Britaniyanın İranın neft sənayesinə hegemoniyasına son qoyuldu və bunun ardınca britaniyalıların regiondan çıxmaları prossesinə start verildi.
İranın neft sənayesinin milli elan edilməsi həmçinin Orta şərqin siyasi prosseslərində dönüş nöqtəsi oldu. Sveş boğazının Misirin o vaxtkı rəhbəri Camal Əbdünnasir tərəfindən milli elan edilməsi də İranın neft sənayesinin təşəbbüsündən təsir alaraq həyata keçmişdir.