İmam Məhəmməd Baqir(ə)-ın mövlud gününü tərbik edirik!
https://azeri.sahartv.ir/news/münasibət-i336348-İmam_məhəmməd_baqir(ə)_ın_mövlud_gününü_tərbik_edirik!
Bu gün, 1440-cı hicri qəməri ili rəcəb ayının biri, dünya şiələrinin beşinci imamı, İmam Məhəmməd Baqir(ə)-ın səadətli mövlud gününün ildönümüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2019 07:07 Asia/Baku
  • İmam Məhəmməd Baqir(ə)-ın mövlud gününü tərbik edirik!
    İmam Məhəmməd Baqir(ə)-ın mövlud gününü tərbik edirik!

Bu gün, 1440-cı hicri qəməri ili rəcəb ayının biri, dünya şiələrinin beşinci imamı, İmam Məhəmməd Baqir(ə)-ın səadətli mövlud gününün ildönümüdür.

Dünya şiələrinin beşinci imamı, İmam Məhəmməd Baqir(ə) 57-ci hicri qəməri ili rəcəb ayının birində Mədinə şəhərində dünyaya göz açıb.

İmam Baqir(ə)-ın əzəməti dillər əzbəri idi. Hər yerdə Haşmilər, Ələvilər və Fatimilərdən söz gedirdisə, o həzrəti bir belə paklıq, şücaət və böyüklüyün yeganə varisi kimi tanıyırdılar.

İmamlıq səmasının beşinci parlaq ulduzu- İmam Məhəmməd Baqir ə)-ın səadətli mövlud gününün ildönümündə bütün İslami İran şadlıq içindədir.

Həzrət İmam Məhəmməd Baqir ə)-ın mövludu ilə bağlı şənlik mərasimləri dünən gecədən bəri bütün İslami İranda, xüsusən məscidlər, mübarək məkanlar və imamzadələrdə keçirilir və Əhli-Beyt(ə) aşiqləri bu mərasimlərdə iştirak edir və şirniyyat paylamaqla şiələrin beşinci imamının bərəkətli mövludu münasibətilə bir-birilərini təbrik edirlər.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Məhəmməd Baqir(ə)-ın mövlud gününün ildönümü münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərini təbrik edir.