Sabah həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür
https://azeri.sahartv.ir/news/münasibət-i338543-sabah_həzrət_Əbülfəzl_abbasın(ə)_mövlud_günüdür
Sabah 4 şaban həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2019 15:21 Asia/Baku
  • Sabah həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür
    Sabah həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür

Sabah 4 şaban həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür.

İmam Əlinin(ə) övladlarından olan həzrət Abbas hicrətin 26-cı ilində, şaban ayının dördündə Mədinə şəhərində dünyaya göz açır. Onun məşhur ləqəbləri "Əbülfəzl, Qəməri Bəni Haşim, Kərbəla ələmdarı və Səqqa"dır. 

Abbasın anası Ümmül Bənin adlı bir qadın idi. Xanım Fatimənin(s) vəfat etməsindən sonra İmam Əli(ə) ilə ailə qurmuşdu. 

Həzrət Əbülfəzl Abbas(ə) Aşura qiyamının qəhrəmanlarındandır. O, bir fədakarlıq nümunəsi olaraq İmam Hüseyn(ə)-a olan eşq və məhəbbətini öz şəhadəti ilə ən gözəl formada nümayiş etdirdi. 

Əbülfəzl Abbasın(ə) doğum günü İran İslam Respublikası təqvimində "müharibə əlilləri günü" olaraq qeyd olunur. 

Həzrət Abbasın(ə) mövlud günü münasibəti ilə İranda xüsusilə mqəddəs məkanlarda şənlik mərasimləri keçirilib. 

İran İslam Respublikası Teleradio Təşkilatı olaraq həzrət Əbülfəzl Abbasın(ə) mövlud günü münasibətiilə dünya müsəlmanlarını təbrik edirik.