15 şəban əməlləri
https://azeri.sahartv.ir/news/münasibət-i339167-15_şəban_əməlləri
Xalqın müxtəlif təbəqələri xüddamlar və xeymə sahibləri ilə yanaşı müqəddəs Cəmkəran məscidində 15 şəban şənliklərini keçirməkdədirlər. 15 şəban gecəsinin ən mühüm əməllərindən biri, bu əziz gecədə oyaq qalmaq və əhya saxlamaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2019 14:22 Asia/Baku
  • 15 şəban əməlləri
    15 şəban əməlləri

Xalqın müxtəlif təbəqələri xüddamlar və xeymə sahibləri ilə yanaşı müqəddəs Cəmkəran məscidində 15 şəban şənliklərini keçirməkdədirlər. 15 şəban gecəsinin ən mühüm əməllərindən biri, bu əziz gecədə oyaq qalmaq və əhya saxlamaqdır.

15 şəban gecəsi, Məhdiye Moud(əc)-in mövlud gecəsi elə bir gecədir ki, onda qədr gecəsi ehtimalı var. Quranın nazil olduğu gecə.

 15 şəban gecəsinin ən mühüm əməllərindən biri, bu əziz gecədə oyaq qalmaq və əhya saxlamaqdır. Əhya, yəni oyaq qalmaq. Bu, aləmin vədedilmişi üçün İslamın canının oyanmasından ötrü bir müqəddimədir. Aləmin vədedilmişi, yəni Allah-Taala onun zühur etməsinin vədini veribdir ki, dua etsin və fərəcini Allah-Taaladan diləsin. Bu gecədə insanın zikri, bağışlanmaq diləməklə, dili isə dua etməklə məşğuldur: Birinci dua, İmam Zamanın fərəci duasıdır. İmam Zamanın fərəcinin kənarında bütün gənclərin problemləri həll olsun. Müharibənin kölgəsi ölkələrin başı üzərindən uzaqlaşsın və sülh bütün dünyanı bürüsün.

"Məfatih Əlcənan" kitabı bu gecənin əməlləri barədə ətraflı rəvayətə malikdir. Birinci əməl, ruhumuz və canımızdan çirkinlikləri silib atmaq üçün qüsl etməkdir.: 15 şəban gecəsinin digər əməllərindən Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ı ziyarət etməkdir ki, əlbəttə, əgər bir kəsə belə bir gecədə Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın nurlu ziyarətgahının kənarında olmaq mümkün deyilsə, ən yaxşı yol budur ki, səmanın altında əlləri sinəsi üstə üzü qibləyə durub, desin: 

السلام علیک یا ابا عبدالله و السلام علیک و رحمته الله و برکاته

Komeyl duası oxumaq və Cəfər Təyyar namazını qılmaq, İmam Zaman duası və Yasin surəsini oxumaq bu gecədə sifariş edilibdir.

Bu əməllərin yerinə yetirilməsinin nəticəsi, Allah-Taalaya daha artıq yaxınlaşmaqdır. Tələb etmək üçün əllərini göyə qaldırarkən, danışmazdan öncə duan qəbul olur.