Roma şiələrinin İslam Mərkəzində iftar süfrəsi
May 22, 2019 07:48 Asia/Baku
-
Roma şiələrinin İslam Mərkəzində iftar süfrəsi
Ramazan ayı münasibətilə Roma şəhərində İmam Mehdi(əc) İslam Mərkəzində müxtəlif dini mərasimlər keçirilir.
İtaliya şiələrinin mərkəzində hər axşam namazdan sonra iftar süfrəsi təşkil edilir. Ramazan mərasimlərində çıxış edən italiyan ruhani şeyx Abbas Di Palma ramazan ayının ilk yarısının sabit aparıcısı olub. Ramazan ayının ikinci yarısında isə mərasimlərin aparıcısı höccətülislam Abdullah Əmir Xani olacaq. İtaliya müsəlmanları və bu ölkədə yaşayan digər ölkədən gəlmiş müsəlmanlar Ramazana özəl mərasimlərdə iştirak edirlər. Qədr gecələrində də bu mərkəz müsəlmanları qarşılamaqla məşğul olacaq.