Qədr gecəsi
https://azeri.sahartv.ir/news/münasibət-i341086-qədr_gecəsi
Min aydan daha fəzilətli bir gecə. İlin ən fəzilətli gecəsi olan Qədr gecəsi ərəfəsindəyik. Quranın və mələklərin nazil olduğu bu gecədə insanların bir illik taleyi müəyyən olar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2019 14:25 Asia/Baku
  • Qədr gecəsi
    Qədr gecəsi

Min aydan daha fəzilətli bir gecə. İlin ən fəzilətli gecəsi olan Qədr gecəsi ərəfəsindəyik. Quranın və mələklərin nazil olduğu bu gecədə insanların bir illik taleyi müəyyən olar.

İlahi ziyafət ayı olan Ramazan ayının yarısı arxada qaldı. Qarşıda isə min aydan daha fəzilətli olan Qədr gecəsi var. Qədr gecəsində göylərin qapıları açılır və insanların bir illik taleyi müəyyən olur.

İnsan bu gecədə səmimi qəlbdən dua etməli, Allahdan bağışlanmasını istəməlidir.

Qədr gecəsində əllərini Allah dərgahına açıb, səmimi qəlbdən dua edən hər kəs, heç şübhəsiz yaradanın rəhmətindən öz nəsibini almış olacaq.

Qədr gecəsi kimi önəmli bir gecənin özünə məxsus əməlləri vardır. Qüsl almaq, gecəni oyaq qalmaq, Quran oxumaq, Allahdan bağışlanmağı istəmək və dua etmək.

Qədr gecəsində tövsiyə olunan əməllərdən biri fikirləşməkdir.

Qədr gecəsində möminlər gecəni oyaq qalaraq, dua edirlər. Quran oxuyaraq, ulu  yaradan ilə raz-niyaz edirlər.