İMAM RZAYA (Ə) NİYƏ "QƏRİB İMAM" DEYİRLƏR?
Lüğətdə vətənindən uzaq düşmüş insana qərib deyirlər. Amma Həzrət Əli (ə) buyurur: "Qərib o kəsdir ki, dostu olmasın”.Ona görə də İmam Rzanı (ə) vətənindən uzaq düşdüyünə və sürgün olduğu zamanlarda yar və yavəri olmadığına və məzlum halda şəhid edildiyinə görə qərib adlandırırlar.
SəhərAzəri - İmam Rzanın (ə) özündən özü haqqında belə hədis vardır: "Hər kim qeybətimdə məzarımı ziyarət edərsə, Qiyamət günü üç dəfə fəryadına çataram. O yerin dəhşətindən ona nicat verərəm. O zaman ki, əməl dəftərini sağ və ya sol əlinə verəcəklər, Sirat zamanı, əməllərinin çəkildiyi zaman”.Həruyidən belə nəql edilir: "Həzrət Rzadan (ə) eşitdim ki, buyurur: "Allaha and olsun ki, heç biri bizdən deyildir, ancaq öldürülənlər və şəhid olanlardan başqa”.Ərz etdim: "Ya ibni Rəsullah! Sizi kim öldürəcəkdir?”Buyurur: "Mənim zamanımdakı Allahın ən pis xəlqi. Məni zəhər vasitəsilə öldürəcəkdir. Sonra məni uzaq bir məkanda və qürbət yerdə dəfn edəcəkdir.Bil ki, hər kim məni qeybətimdə ziyarət edər, Allah Təala yüz min şəhidin, yüz min sadiqin və yüz min həcc edənin, ümrə edənin və yüz min mücahidin əcrini onun üçün yazar. Bizimlə məhşur olar. Behiştin ali dərəcəsində bizimlə olar”.Həzrət Rzadan (ə) belə nəql edilir: "Mən qürbət torpaqlarda öldürüləcəyəm, zəhərlənəcəyəm və dəfn olunacağam. Bunu atam atasından, o da Əli ibni Əbitalibdən və o, da Peyğəmbərdən (s) eşitmişdir ki, mənə vəsiyyət etmişdir.Həqiqətən, hər kim qürbətim zamanı məni ziyarət etsə, mən və atam Qiyamət günü onun şəfaət verəni olarıq. Hər kimin ki, şəfaət verəni biz olarıq, nicat tapar. Hətta əgər çiynində ins və cinin günahları olsa belə”.Tarixin yazdığına görə o zaman ki, İmam Rza (ə) Xorasana hərəkət etməyə məcbur oldu, səfərə çıxmamışdan qabaq qohumlarını topladı, Mədinəyə bir daha qaytımayacağına, qürbət və şəhadətinə işarə etdi, həm Həzrətin özü və həm də başqaları ağladılar.Bu səfərin İmam Hüseyn (ə) səfəri ilə oxşarlıqları vardır. Çünki hər ikisi bu yolun sonunda şəhid olacaqlarını bilirdilər. O, qohumlarını başa saldı ki, Məmunun bu dəvəti zahirdə dostluq niyyətilə olsa da, əslində bir hiylədir. Hədəf - Həzrət Rzanı (ə) siyasi və ictimai həyatdan uzaqlaşdırmaq idi.Qohumlarının bəziləri Məmunun bu gizli hiyləsindən xəbərsiz olduqlarına görə onun haqqında yaxşı sözlər deyirdilər. Məmun İmamı (ə) xilafətə gətirərək, onun adı altında öz xəbis işlərini görmək istəyirdi. Çünki əhalinin əksəriyyətini Əhli-beyt (ə) davamçıları təşkil edirdilər. Onları bu yolla aldadıb, İmamın (ə) vasitəsilə yoldan çıxartmaq istəyirdi.Əgər İmam (ə) hakimiyyətə keçsəydi, Əhli-beyt (ə) dostları sakitləşəcək və çaxnaşma yaratmayacaqdılar.Amma İmam Rza (ə) Məmunun bu planlarını ifşa etdi. Məmun (lən) bu planını işə yaramadığını görəndə İmam Rzanı (ə) ölümlə hədələyir. İmam (ə) elm və tədbirlə Məmunla müxalifətlik edir, qətllə hədələnəndən sonra Məmunun şərtini qəbul etməyə məcbur olduğunu hamıya çatdırır.İmam (ə) dəyərli sözləri və tutduğu mövqe ilə insanları düz yola hidayətetməyə çalışır. Nişapurdakı çıxışında buyurmuşdu: "Vəhdaniyyət və Allaha pərəstişə gedən yol ancaq bizim yolumuzla mümkündür. Yəni, bu, bizik ki, müsəlman olmağa məna veririk. O, bizik ki, mömin insanı kamil imana çatdırırıq.Bizim davamçılarımız bizim göstərişlərimizi götürür və yerinə yetirirlər, düşmənlərimizlə müxalifdirlər. Hər kim bu cür olmazsa, bizdən deyildir.Hər kim bizdən uzaqlaşanlara yaxınlaşar, ya bizim qohumlarımızdan uzaqlaşar, ya bizdə eyb axtaranlara sitayiş edər, ya da düşmənimizə hörmət edərsə, bizdən deyildir və biz də ondan deyilik”.Bu sözlərdən görünür ki, İmam (ə) o zamanda nə qədər əzab çəkirmiş. Əgər İmamın (ə) sözlərini araşdırmaq istəsək, görərik ki, bu sözlərdə bir giley, bir inciklik vardır.İmam Hüseynin (ə) Aşura günü qəribliyi fikri bir qürbət idi. Aşura günü İmamın qarşısında elə insanlar səf qurmuşdular ki, Həzrəti (ə) tanıyırdılar. Onların bəziləri Kufədə İmam Hüseynin (ə) atasını dərk etmişdilər.Hətta bəziləri Peyğəmbəri (s) belə görmüşdülər. İmam Hüseyn (ə) oan görə qərib idi ki, onun fikir və əqidəsini kufəlilər qəbul etmirdilər. İmamın (ə) Kufə əhlindən istədiyi şeyi onlar dərk etmirdilər.Ancaq İmam Rzanın (ə) qürbəti belə bir qürbət deyildi. İmam Rzanın (ə) alim şagirdləri tərbiyə etməsi, İslam mərifətini tanıtması nəticəsində insanlar Əhli-beyt (ə) məktəbinə daha sıx bağlandılar. İmam Rzanın (ə) mübarək hərəminin ətrafında böyük bir Əhli-beyt (ə) məkanı yarandı və inkişaf etdi, onminlərlə alim yetişdi. (Porseju)Allah Təala bizlərə bu dünyada İmam Rzanın (ə) ziyarətini, axirətdə şəfaətini nəsib etsin, inşəallah!