Mahi-məhərrəm oldu yenə göylər ağladı
https://azeri.sahartv.ir/news/münasibət-i366258-mahi_məhərrəm_oldu_yenə_göylər_ağladı
SəhərAzəri - MƏHƏRRƏM ayının gəlib çatması münasibəti ilə, Aşura ədəbiyyatının görkəmli nümayəndəsi, Əhli0beyt (ə) şairi Mirzə MəhəmmədTəqi Qumri Dərbəndidən bir şer. İltimasi dua
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2020 19:12 Asia/Baku
  • Mahi-məhərrəm oldu yenə göylər ağladı

SəhərAzəri - MƏHƏRRƏM ayının gəlib çatması münasibəti ilə, Aşura ədəbiyyatının görkəmli nümayəndəsi, Əhli0beyt (ə) şairi Mirzə MəhəmmədTəqi Qumri Dərbəndidən bir şer. İltimasi dua

Mahi-məhərrəm oldu yenə göylər ağladı,
Düşdü cahäne qülqülə aləmlər ağladı.

Gəldi mehi-müsibetü eyyami-təziyə,
Bu matəmezayə görün kimler ağladı.

Şahi-rüsül, əmiri-ərəb, xətmi-ənbiya,
Əmmaməsin alıb ələ peyğəmbər ağladı.

Döndü xəzanə gülşəni Zəhrayi-əthərin,
Dəşti-Nəcəfdə sərvəri-din Heydər ağladı.

Qətli-Hüseynə eylədi iqdam Şümri-dun,
Amma əlində rəhmə gəlib xəncər ağladı.

Başın alıb diz üstə kəfensiz verəndə can,
Xeyrənnisə başında qara möcər ağladı.

öəli-cəfa ilə qolu bağlandı Zeynəbin,
Gördü bu halı şurə gəlib ləşkər ağladı.

Çəkdi Səkinə ahi-cigər suzi-sinədən,
Meydan içində nəşi-Əli Əkbər ağladı.

Oldu ərus ləşkəri-küffarə dəstgir,
Torpaqlar üstə Qasimi-gülpeykər ağladı.

Gülsum olanda zillətilə nəqayə süvar,
Əbbasi-namdar vəfapərvər ağladı.

Qumri, bu qisseyi-ələməfzanı qıl tamam,
Əldə qələm şərarə tutub, dəftər ağladı.