Sabah İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü günüdür
https://azeri.sahartv.ir/news/münasibət-i368833-sabah_İmam_həsən_Əsgəri(ə)_ın_şəhadətinin_ildönümü_günüdür
Sabah 1442-ci hicri qəməri ili Rəbiül-Əvvəl ayının 8-i şiələrin 11-ci imamı, İmam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümü günüdür.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 24, 2020 17:10 Asia/Baku
  • Sabah İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü günüdür

Sabah 1442-ci hicri qəməri ili Rəbiül-Əvvəl ayının 8-i şiələrin 11-ci imamı, İmam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümü günüdür.

SəhərAzəri xəbər verir, İmam Həsən Əsgəri (ə) hicrətin 232-ci ilində, Rəbiüs-Sani ayının 8-ində Mədinə şəhərində dünyaya göz açıb.

Əziz atası İmam Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.

İmam Həsən Əsgəri (ə) Abbasi xəlifəsinin əmri ilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılıb.

İmam Həsən Əsgəri (ə) atası, İmam Əliyyən Nəqi (ə) şəhid olandan sonra, hicrətin 254-cü ilində imamət məqamına nail olub, imamlıq dövrü 6 il sürüb. O, 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəmid tərəfindən zəhərlənərək şəhid edilib və İraqın Samirra şəhərində öz evində, atasının qəbrinin kənarında dəfn olunub.

İmam Həsən Əsgəri(ə) İslam dinini qorumaq üçün insanlar arasında yaranmış şübhələrə aydınlıq gətirərək, onları haqq yoluna hidayət edib. 

Şiələrin 11-ci imamı Quran-Məcidin misilsiz təfsirçilərindən olub. O, imamət dövründə bu səmavi kitabın düzgün formada təfsir olunması metodunu insanlara bəyan edərək, müsəlmanları İslamın ali məqsədləri yolunda addımlamağa istiqamətləndirib. 

İran İslam Respublikası teleradio Təşkilatı adından İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü münasibətilə bütün müsəlmanlara və Əhli- Beyt(ə) aşiqlərinə başsağlığı veririk.