Noy 03, 2020 09:13 Asia/Baku
  • İslam Peyğəmbəri(s.ə.s.) və İmam Cəfər Sadiq(ə)-ın mövludlarının ildönümü günü mübarək!

Bu gün, rəbiüləvvəlin 17-si, əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in və şiələrin altıncı imamı, Həzrət İmam Cəfər Sadiq(ə)-ın bərəkətli viladətlərinin ildönümü günüdür.

SəhərAzəri xəbər verir, Həzrət Muhəmməd Mustəfa(s.ə.s.) 40 yaşında ikən, Həra mağarasında Cəbrayıl vasitəsilə və Allah-Taala tərəfindən peyğəmbərliyə seçildi.

İslamın əziz peyğəmbəri böyük ilahi peyğəmbərlərdən sonuncu səfir kimi peyğəmbərliyə seçildi ki, cəhalətə və əxlaq çatışmazlığına qərq olmuş cahil cəmiyyəti əxlaqmehvərliliyi, insan ləyaqəti və nəfs izzətinə çağırmış olsun.

Böyük İslam Peyğəmbəri(s.ə.s)-in besətini insanları tarix boyu təfəkkür və əqidə bulantılarından xilas edən dünyada ən böyük islami-əxlaqi sivilizasiyanın təşkilinin başlanğıcı hesab etmək lazımdır.

İslam Peğəmbəri ən yaxşı və ən mükəmməl səmavi kitab kimi Qurani-Kərimin möcüzəsilə besətə çatdı. Bu məbəs bəşəriyyət həyatının səhnəsində insani dəyərlərin zühuru və nur partlayışı idi.

İran İslam Respublikasının TeleRadio Təşkilatı sonuncu ilahi peyğəmbər, Həzrət Muhəmməd(s.ə.s)-in və Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli mövlud günlərinin gəlişi münasibətlə bütün dünya müsəlmanlarını təbrik edir.

Teqlər