Bu gün Fevralın 4-ü Həzrət Fatimeyi Zəhranın (s.ə) viladətinin ildönümü günüdür
Həzrət Fatimeyi Zəhranın (s.ə) mövludunun ildönümü günü mübarək olsun
SəhərəAzəri xəbər verir ki, Bu gün 1442-ci hicri qəməri ili Cəmadiüs-Sani ayının iyirmisi, Böyük İslam Peyğəmbərinin (s.ə.s) əziz qızı Həzrət Fatimeyi Zəhranın (s.ə) mübarək mövludunun ildönümü günüdür.
Böyük İslam Peyğəmbərinin (s.ə.s) əziz qızı və dünya şiələrinin birinci imamı Əmirəlmöminin Əli ibn Əbi Talibin (ə) həyat yoldaşı Həzrət Fatimeyi Zəhra (s.ə.) hicrətdən öncə səkkinci ilin Cəmadiüs-Sani ayının iyirmisində dünyaya göz açdı.
Bu möhtərəm xanım uşaqlıqdan Vəhy evində möhtərəm atası, Böyük İslam Peyğəmbərinin (s.ə.s) istiqamətləndirmələri ilə kamal, elm və fəzilətin ən yüksək dərəcələrinə nail oldu.
Həzrət Muhəmmədin (s.ə.s) əziz qızı həmçinin Həzrət İmam Əlinin (ə) evinin səmimi və səfalı ocağında ən yaxşı tərzdə həyat yoldaşı və ana vəzifələrini yerinə yetirdi və İmam Həsən (ə), İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s.ə.) kimi böyük və möhtəşəm insanlar yetişdirdi.
Həzrət Fatimeyi Zəhra (s.ə.) bütün miqyaslarda dünya qadınları üçün meyar sayılır və o həzrətin mövlud günü İranda ana və qadın günü kimi qeyd olunur. Bu gündə qadının, xüsusən ananın şəxsiyyəti və yeri yüksək şəkildə dəyərləndirilir.
İranın TeleRadio Təşkilatı İran İslam Respublikasının banisi, Həzrət İmam Xomeyninin (r.ə) təvəllüdünün ildönümü gününə təsadüf edən Həzrət Fatimeyi Zəhranın (s.ə) mübarək mövludunun ildönümü gününün gəlib çatması münasibətilə bütün müsəlmanları təbrik edir.