Apr 23, 2021 13:27 Asia/Baku
  • Həzrət Xədicə(s.ə)-nın vəfatının ildönümü günü münasibətilə başsağlığı veririk!

Bu gün, cümə, mübarək Ramazan ayının onu, əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd(s.ə.s)-in əziz həyat yoldaşı Həzrət Xədicə(s.ə)-nın vəfatının ildönümü günüdür.

SəhərAzəri xəbər verir ki, Qüreyşin tanınmış və varlı qadınlarından olan Həzrət Xədicə(s.ə.) Besətdən on beş il öncə əziz İslam Peyğəmbəri(s.ə.s.) ilə evləndi. O, Həzrət Zəhra(s.ə)-nın anası idi.

Bu böyük xanım Həzrət Məhəmməd(s.ə.s)-in peyğəmbərliyinə ilk iman gətirən qadın idi. O, var-gücü və bütün sərvəti ilə İslam dininə kömək etməyə qalxdı.

Həzrət Xədicə(s.ə)-nın varlığı Həzrət Məhəmməd(s.ə.s.) üçün o qədər əhəmiyyətli idi ki, İslam Peyğəmbəri(s.ə.s.) bu böyük xanımın vəfatını böyük bir müsibət adlandırdı. O, Həzrət Xədicə(s.ə)-nın və özünün digər böyük himayədarı olan, əmisi, Həzrət Əbutalib(ə)-ın vəfat ilini Amul-Huzn, yəni hüznlü il adlandırdı.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Həzrət Xədicə(s.ə)-nın vəfatının gəlib çatması münasibəti ilə bütün müsəlmanlara və paklıq Əhli-Beyti(ə) sevərlərə başsağlığı verir.

Teqlər