İyul 17, 2021 18:28 Asia/Baku
  • Sabah şiələrin 5-ci imamının şəhadətinin ildönümü günüdür

Sabah hicri-qəməri təqvimi ilə zilhiccə ayının 7-si şiələrin 5-ci imamı Həzrət Məhəmməd Baqirin (ə) şəhadətinin ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İmam Məhəmməd Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinədə dünyaya göz açdı. Babasına çox bənzədiyi üçün onun adını "Məhəmməd" qoyublar. Elmin sirlərini aşkar etdiyinə görə isə ona "Baqir" ləqəbini veriblər.

İmam Məhəmməd Baqirin (ə) imamlıq dövrü atası İmam Səccadın (ə) şəhadətə yetişməsindən sonra təqribən 20 il davam edib.

İmam Məhəmməd Baqir (ə) imamlığı dövründə islam mədəniyyətinin təbliği, şagirdlərin yetişdirilməsi, səhabələr və insanlara rəhbərliyi, insanlar arasında əziz babasının sünnətlərinin icra olunması və qəsbkar hakimiyyətin diqqətinə doğru rəhbərliyi çatdırmaqdan bir an belə dayanmadı.

İmam 114-cü hicri-qəməri ilində zilhiccə ayının 7-də Mədinə şəhərində Əməvi xəlifələrindən Hişam İbni Əbdülməlik tərəfindən zəhərlənərək şəhid edildi. İmam Bəqi qəbiristanlığında, digər 3 imamın yanında dəfn edilib.

Dünya şiələrinin 5-ci imamı Həzrət İmam Məhəmməd Baqirin (ə) şəhadətinin ildönümü münasibəti ilə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı veririk.

Teqlər