Həzrət İmam Əli Əl-Nəqinin (ə) səadətli mövludu günü mübarək olsun!
https://azeri.sahartv.ir/news/münasibət-i379439-həzrət_İmam_Əli_Əl_nəqinin_(ə)_səadətli_mövludu_günü_mübarək_olsun!
Bu gün, 1442-ci hicri qəməri ili, zilhəccə ayının 15-i və 2021-ci milad ili iyulun 26-sı dünya şiələrinin onuncu imamı, Həzrət İmam Əli Əl-Nəqinin (ə) səadətli mövludunun ildönümü günüdür.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 26, 2021 06:36 Asia/Baku
  • Həzrət İmam Əli Əl-Nəqinin (ə) səadətli mövludu günü mübarək olsun!

Bu gün, 1442-ci hicri qəməri ili, zilhəccə ayının 15-i və 2021-ci milad ili iyulun 26-sı dünya şiələrinin onuncu imamı, Həzrət İmam Əli Əl-Nəqinin (ə) səadətli mövludunun ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İmam Əli Əl-Nəqi (ə) 212-ci hicri qəməri ilində Mədinə şəhərinin yaxınlığında dünyaya göz açdı.

O həzrət əziz atası İmam Cavadın (ə) təlimləri ilə böyüdü və atasının şəhadətindən sonra imamətə çatdı və müsəlmanların rəhbərliyi məsuliyyətini öz üzərinə götürdü.

İmam Əli Əl-Nəqinin (ə) məşhur ləqəblərindən olan Hadi, hidayət edən mənasındadır.

Şiələrin 10-cu İmamı, əsl İslamın təqdimatında böyük səylər göstərdi.

O həzrət müxtəlif dini, fikri və ya ictimai məsələlər barədə bəhs üçün çoxlu sayda iclaslar keçirirdi və bu iclaslarda irəli sürülən suallar və şəkk-şübhələri cavablandırırdı.

Həzrət İmam Əli Əl-Nəqinin (ə) səadətli mövludu münasibətilə bütün müsəlmanları və digər azadlıqsevərləri təbrik edirik.