Şiələrin on birinci imamının şəhadəti ilə bağlı başsağlığı veririk
Sabah, rəbiuləvvəlin səkkizi, imamət və vilayət səmasının on birinci ulduzu- İmam Həsən Əskəri(ə)-ın şəhadətinin ildönümü günüdür.
SəhərAzəri-nin məlumatına əsasən, Əziz İslam Peyğəmbəri(s.ə.s)-in övladlarından olan İmam Həsən Əskəri(ə) 260-cı hicri qəməri ili, rəbiuləvvəl ayının səkkizində Samirra şəhərində şəhid edilib.
İmam Həsən Əskəri(ə)-ın möhtərəm atası, Həzrət İmam Hadi(ə) şiələrin onuncu imamı idi.
İmam Həsən Əskəri(ə) atasının şəhadətindən sonra müsəlmanların dini rəhbərliyini üzərinə götürdü.
Bu böyük imam özünün elm və bilik məktəbində fəzilətli alimlər yetişdirib. Onların hər biri müxtəlif islami elmlər üzrə yazılı əsərlərində islami maarifin yüksəlişi istiqamətində təsirli addımlar atıbdır.
İran İslam Respublikasının TeleRadio Təşkilatı şiələrin on birinci imamı- İmam Həsən Əskəri(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.