Fev 03, 2022 14:31 Asia/Baku
  • İmam Məhəmməd Baqir(ə)
    İmam Məhəmməd Baqir(ə)

Bu gün, rəcəb ayının biri, dünya şiələrinin 5-ci imamı- İmam Məhəmməd Baqir(ə)-ın səadətli mövlud günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İmam Məhəmməd Baqir(ə) hicrətin 57-ci ili, rəcəb ayının birində Mədinə şəhərində dünyaya göz açıb. İmam Məhəmməd Baqir(ə)-ın əzəməti dillər əzbəri idi.
İmam Məhəmməd Baqir(ə)-ın konyəsi- Əbu Cəfər, ən məşhur ləqəbi isə, elmləri açıqlayan mənasını verən Baqirululum olubdur. Zira o həzrət(ə) bilik və maarifin yayılmasında öz dövrünün özünəməxsus şəxsiyyəti və bilicisi idi.

İmam Məhəmməd Baqir(ə)-ın elmi dərəcəsi hər yerə yayılmışdı və bütün tarixçilər, o sıradan müsəlman və qeyri-müsəlmanlar onun biliklərinin şərhində o həzrət(ə)-ın elmi dərəcəsinə heç bir istisna olmadan işarə ediblər.

İmam Məhəmməd Baqir ə)-ın səadətli mövlud gününün ildönümündə bütün İslami İran, o sıradan Qum və Məşhəd şəhərləri şadlıq içindədirlər. Mövludxanlıq mərasimləri səhiyyə protokollarına riayət edilməklə keçirilir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Məhəmməd Baqir(ə)-ın mövlud gününün ildönümü münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərini təbrik edir.