Bu gün İmam Əlinin(ə) zərbətləndiyi günə təsadüf edir
Ramazan ayını 18-dən 19-a keçən gecə müttəqilərin əmiri, övliyaların rəhbəri Həzrəti Əlinin(ə) zərbətləndiyi gecədir. Bu hadisədən sonra İmam (ə) 3 gün yaşadı. O həzrəti İbn-Mülcəm Kufə məscidində sübh namazında arxadan, başından qılıncla vurmuşdu. Ramazan ayının 21-də Yer üzünün höccəti gözünü dünyaya yumub, Allaha qovuşdu.
Hədislərdə gəlib ki, İbn-Mülcəm Küfəyə gələndə Şəcnə ibn Əddinin qızı Qutamı görür . O qıza vurulur. Qutam deyir ki əgər məni istiyirsənsə mənim mehriyyəm Əlinin (ə) qanıdır. İbin Mülcəm deyir elə məndə ona görə bura gəlmişəm. O həmən gecə Əşəs ibn Qeys Kəndinin evində qalır. O qılıncına zəhər sürtüb Kufə məscidinə tərəf yola düşür və həmin zəhərli qılıncla İmamı (ə) başından yaralayır.
"And olsun Kəbənin rəbbinə ki, mən qələbə çaldim.” Bu məşhur kəlam Həzrəti Əliyə(ə) məxsusdur. İmam (ə) bu sözü İbn-Mülcəmin zərbəni endirdiyi an deyib.
SəhərAzərti Televiziya kanalı İmam Əlinin(ə) şəhadət günlərinin gəlib çatması münasibəti ilə bütün islam ümmətinə başsağlığı verir.