Bu gün Həzrət İmam Əlinin (ə) şəhadətinin ildönümü günüdür
Bu gün 1443-cü hicri qəməri ili Ramazan ayının 21-i dünya şiələrinin birinci imamı Həzrət İmam Əlinin (ə) şəhadətinin ildönümü günüdür.
SəhərAzəri-nin məlumatına əsasən, belə bir gündə və 40-cı hicri qəməri ili ramazan ayının 21-də əziz İslam Peyğəmbərinin (s.ə.s) canişini Əli İbn Əbitalib (ə) şəhid oldu.
Mübarək Ramazan ayının 19-u İmam Əli (ə) sübh namazı qılmaq üçün Kufə məscidinə getdi və səcdəyə getdiyi zaman xəvariclərdən biri İbn Mülcəm Muradi zəhərli qılıncı onun başına endirdi. İki gün sonra həmin yaralar üzündən Həzrət Əli (ə) dünyaya gözünü yumdu və həmişə arzuladığı səadət, yəni Allah yolunda şəhadəti əldə etdi.
Bu şəhadət və müsibət islama və müsəlmanlara ağır zərbə vurdu. Bununla belə o həzrətin həyat tərzi, eləcə də hökumətinin forması və dəyərli çıxışları hazırda əsrlərin keçməsinə baxmayaraq, ədalət və həqiqət yolçularının çırağına çevrilib.
Nəhcül-Bəlağə Həzrət Əlinin (ə) sözlərinin seçməsidir ki, fəsahət və bəlağətdə misilsizdir.
İran İslam Respublikasının Teleradio Təşkilatı Dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) şəhadətinin ildönümü münasibəti ilə bütün müsəlmanlar və digər azadlıqsevərlərə başsağlığı verir.