İmam Səccad (ə) İmam Hüseyndən (ə) fərqli olaraq sakit idimi? +VİDEO
Aşura hadisəsindən sonra Yezid və Şam Əməvilərinə qarşı altı qiyam baş verdi ki, bunlardan biri də İbn Zübeyrin Məkkədə İmam Hüseynin qisasını almaq bəhanəsi ilə, əslində isə hökumətə çatmaq niyyəti ilə qiyam etməsi idi.
İbn Zübeyrin tərəfdarları Yezidin Mədinədə nümayəndəsinə qarşı qiyam qaldıraraq onu və digər Əməviləri, o cümlədən Mərvanı qovdular. Mərvan Yezidi mədinəlilərdən intiqam almağa təhrik etdi. Yezid qisas almağa hazır idi, lakin onların hər ikisi bunu Bəni-Haşimlə son hesablaşmaq və Aşuradan sonra onlardan qalan nəsli məhv etmək üçün bir fürsət kimi gördülər. Xüsusən də nübüvvət və vilayət ailəsinin hamisi və varisi olan İmam Səccad əleyhissalamı aradan götürmək istəyirdilər. Buna görə də Yezid ordusunun sərkərdəsi Müslim İbn Uqbəyə dedi ki, Mədinədə qan tökmək, malları talamaq və namuslara təcavüz etməkdə tam azadlığa malikdirlər.
Etibarlı tarixçilərin, o cümlədən Təbərinin şəhadətinə görə, Yezidin ordusu belə etdi və dəhşətli cinayətlərə əl atdı. Peyğəmbərin 70 səhabəsinin öldürülməsi Yezid ordusunun Mədinədə törətdiyi cinayətlərdən yalnız biridir. Lakin bütün bunlarla belə Mərvan və Yezid məqsədlərinə çatmadılar. İmam Səccad (ə) vəziyyəti qabaqcadan görüb başa düşdüyü üçün Yezidin qoşunu gəlməmişdən əvvəl Bəni-Haşim ailəsini götürüb Mədinədən uzaqda yerləşən Yənbə adlı tarlaya aparmışdı.
Onun strategiyası düşmənləri məğlub etməklə yanaşı, Əhli-beyt (ə.s) ailəsini də fəlakətdən qorudu.
O, həyatının davamında, mövcud çətinliklərə baxmayaraq, xeyli sayda həkim, fəqih, iqtisadçı və filosof yetişdirmiş, sonrakı imamlar dövründə cəmiyyətin azğınlıqdan xilas edilməsinə və mədəni inqilabın başlanmasına əsas olmuşdur.
(Bu hadisə tarixdə Hürrə hadisəsi kimi tanınır)