May 25, 2015 20:42 Asia/Baku
  • Xalid Əlmula
    Xalid Əlmula

İraq Din Alimləri Cəmiyyətinin sədri səudiyyə müftilərini İŞİD-i formalaşdırmış amillərdən adlandırıb.

İraq Din Alimləri Cəmiyyətinin sədri Xalid Əlmula Əlaləm telekanalı ilə müsahibədə səudiyyəli vəhhabi müftilərin öz məntiqsiz fikirlərini etiraf etmələri zərurətini vurğulayaraq, deyib: İŞİD qrupu və digər terror qrupları müsəlmanların qırğını; İslam dünyasının müqəddəsləri, muzeylər, mədəniyyət və sivilizasiya irsi, din və əqidənin məhv edilməsi planınn icraçıları; vəhhabilik cərəyanının yetişdirmələridirlər.
Əlmula İraqın qəsbkar qüvvələr və terror qruplarının cinayətlərindən on iki ildən çox əziyyət çəkməsinə toxunaraq, deyib: Bu cinayətlərdən yeganə çıxış yolu, hamının vəhhabilik və sələfiçilik təfəkkürləri qarşısında birliyi və həmrəyliyidir.

Teqlər