İyun 06, 2015 09:09 Asia/Baku
  • Suriyanın şimal-şərqində döyüşlər davam edir
    Suriyanın şimal-şərqində döyüşlər davam edir

Suriyanın şimal-şərqində Həsəkə şəhərində bu ölkənin təhlükəsizlik qüvvələri ilə İŞİD terror qruplaşması arasında döyüşlər davam edir.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Suriya təhlükəsizlik qüvvələri Həsəkə şəhərinin nəzarətini ələ keçirməyə cəhd göstərən İŞİD terror qruplaşmasının ünsürləri ilə toqquşublar. İŞİD 30 maydan Həsəkə vilayətinin eyniadlı şəhərini öz hücumlarına məruz qoyub və əsasən də bu şəhərin cənubundakı döyüşləri diqqət mərkəzində saxlayır.
Məlumatlı dairələrin bildirdiklərinə görə, döyüşlərin davam etməsi ilə Həsəkənin cənub və şərq bölgələrinin sakinləri Suriyanın qərb və şimalına mühacirət ediblər və Həsəkədə döyüşlər başlandıqdan ən azı 71 Suriya hərbçisi həlak olub və 48 İŞİD ünsürü öldürülüb.

Teqlər