Yəmən Ənsarullahının heyəti Moskvada məsləhətləşmə aparıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194646-yəmən_Ənsarullahının_heyəti_moskvada_məsləhətləşmə_aparıb
Yəmənin Ənsarullah xalq hərəkatının sözçüsü bu hərəkatın Moskvada Rusiya rəsmiləri ilə müsabət danışıqlarını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2015 04:30 Asia/Baku
  • Yəmənin Ənsarullah hərəkatının heyəti Rusiya rəsmiləri ilə məsləhətləşmə aparıb
    Yəmənin Ənsarullah hərəkatının heyəti Rusiya rəsmiləri ilə məsləhətləşmə aparıb

Yəmənin Ənsarullah xalq hərəkatının sözçüsü bu hərəkatın Moskvada Rusiya rəsmiləri ilə müsabət danışıqlarını vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Yəmən Ənsarullahı xalq hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam deyib: Ənsarullah Hərəkatının heyəti Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə müsbət məsləhətləşmələr aparıb və bu ölkə Yəmənin vəziyyətini dərk edir.
Əbdüssalam əlavə edib: Yəmən Ənsarullahı heç bir ilkin şərt olmadan 14 iyunda Cenevrə danışıqlarında iştirak etməyə sadiqdir.
Yəmən Ənsarullah Hərəkatının sözçüsü bildirib: Rusiya rəsmiləri açıq aşkar şəkildə bu məsələni vurğulayıblar ki, müharibə Yəməndə böhranını həll yolu ilə nəticələnə bilməz və əksinə faciəli nəticələrə malik ola bilər.
Yəmənin Ənsarullah Hərəkatının heyəti bazar ertəsi günü Moskvada Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə Yəmən böhranı barədə məsləhətləşmələrə yekun vurub.