İraqın Səlahəddin və Ələnbar vilayətlərində 100 terrorçu öldürülüb
İyun 10, 2015 09:31 Asia/Baku
-
İraqın Səlahəddin və Ələnbar vilayətlərində 100 terrorçu öldürülüb
İraqlı qüvvələr dünən Səlahəddin və Ələnbar vilayətlərindəki müxtəlif məntəqələrə qarşı hərbi hücumlarda yüzdən çox İŞİD terrorçusunu öldürüblər.
IRNA-nın Əlyəum Əlsabə xəbər portalına istinadlı məlumatına görə, bu hücumlar hava qüvvələrinin dəstəyi və "Ləbbəyk, ya İraq!" şüarı ilə keçirilib.İraqın Müdafiə Nazirliyi bir bəyanat yayaraq bildirib ki, bu ölkənin hava qüvvələri İŞİD ünsürləri üçün yanacaq daşıyan bir tanker, eləcə də terrorçuları və onların hərbi təchizatlarını daşıyan bir avtomobili də Səlahəddin vilayətindəki Samirra adasında bombalayaraq, məhv ediblər.
İraq ordusunun İŞİD ünsürlərinə qarşı hücumlarında xalq və köçəri tayfa qüvvələri də iştirak ediblər.
İraqın Müdafiə Nazirliyinin bəyanatında həmçinin qeyd olunan bu iki vilayətdəki müxtəlif məntəqələrdə terrorçuların öldürülməsi və yaralanması, eləcə də onların çoxlu sayda avtomobil və təchizatlarının məhv edilməsinə işarə olunub.
Səlahəddin və Ələnbar vilayətlərinin təmizlənməsi əməliyyatı ötən həftədən və təhlükəsizlik və xalq qüvvələrinin, habelə minlərlə sünni köçərinin iştirakı ilə başlanıb və indiyədək bu iki vilayətdə geniş məntəqələr azad edilərək, təmizlənibdir.
Təkfirçi terrorçular ötən il iyunun 9-dan İraqın şimalı və qərbinə hücum edərək, bu məntəqələrin müəyyən hissələrini işğal edib və cinayətlər törədiblər.