İraq qüvvələri Səlahəddində 3 istiqamətdə irəliləyirlər
İyun 11, 2015 13:32 Asia/Baku
-
İraq qüvvələri Səlahəddində irəliləyirlər
İraqın Müdafiə Nazirliyi iraqlı müştərək qüvvələrin Səlahəddin vilayətində 3 istiqamətdə irəlilədiklərini bildirib.
Səhər Beynəlxalq Televiziyasının Süməriyyə News-a istinadla verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyi bildirib: Səlahəddin vilayətinin Ər-Rəmadi istiqamətində qalan bölgələrinin terrorçulardan təmizlənməsi əməliyyatı bir müddət öncə xalq qüvvələri, ordu və polisin iştirakı ilə başlanıb.İraq ordusu və xalq qüvvələri bir neçə gün öncə Səlahəddin vilayətinin mərkəzi olan Tikritin 40 kilometr şimalında yerləşən Bici şəhərini tam şəkildə ələ keçiriblər.
Həmçinin İraq Daxili İşlər Nazirliyi bildirib: İraq Daxili İşlər Nazirliyinin Açıq İnformasiya bölməsi xüsusi əməliyyatda İŞİD terror qruplaşmasının bir neçə başçısını öldürüb.
İraq DİN əlavə edib: Bu bölmə əl-Qaim bölgəsində İŞİD başçılarının iclasını müəyyənləşdirmiş, İraqın hava qüvvələri ilə koordinasiya edərək onları hədəfə almışdır.