Əl-İbadi: Ayətullah Sistaninin dəvəti İraqı xilas etdi
İyun 12, 2015 20:18 Asia/Baku
İraq baş naziri deyib: Mərcəiyyətin bu ölkə xalqını İŞİD-lə mübarizəyə dəvət etməsi İraqı məkrli planlardan xilas etdi.
Səhər Beynəlxalq Televiziyasının əl-Süməriyyə xəbər portalına istinadla verdiyi məlumata görə, İraq baş naziri Heydər əl-İbadi cümə günü bir bəyanatda bildirib: İraq şiələrinin təqlid mərcəyi Ayətulla Sistaninin bu ölkə xalqını İŞİD qarşısında cihada çağırması İraqı düşmənlərin nəhs və məkrli planlarından xilas etdi və İŞİD-in bölgədə nüfuzunun genişlənməsinin qarşısını aldı.Əl-İbadinin bəyanatında bildirilir: Ötən il belə günlərdə Mosul şəhərinin İŞİD-in əlinə keçməsindən sonra Ayətullah Sistani İraq xalqını cihada çağırmaqla hamıdan istədi ki, ölkəni, xalqı və müqəddəsləri müdafiə etmək üçün könüllü olsunlar. İraq baş naziri bəyanatında əlavə edib: Bu dəvət münasib zamanda oldu. Bu isə mərcəiyyətin regionun vəziyyətini müəyyənləşdirmək üzrə diqqətini göstərir və terrorçuların bütün ərazidə genişlənmək üzrə məkrli planlarını məhv etdi.
İŞİD terror qruplaşması 2014-cü il 10 iyunda İraqa hücum edərək Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərini işğal etdi.
İraq şiələrinin təqlid mərcəyi Ayətullah Sistani Mosulun işğalından sonra bu ölkənin bütün vətəndaşlarını İŞİD terrorçuları ilə mübarizə üçün cihada çağırdı. Bu dəvətin ardınca İraq xalq səfərbər qüvvələri təşkil olundu.