İraq baş naziri Amerika qüvvələrinin İraqa daxil olmasına qarşı çıxdı
İyun 14, 2015 09:38 Asia/Baku
-
İraq baş naziri Amerika qüvvələrinin İraqa daxil olmasına qarşı çıxdı
İraq ordusu və xalq qüvvələrinin bu ölkənin şimal və qərbində İŞİD terrorçuları ilə döyüşlərinin davam etdiyi bir zamanda İraq baş naziri bildirib ki, Bağdad Amerika hərbçilərindən yeni bir qrupun İraqa göndərilməsinə qarşıdır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi şənbə günü xalq könüllü qüvvələrinin yaradılmasının 1-ci ili ilə bağlı keçirilən mərasimdə 450 amerikalı hərbçinin əl-Anbar vilayətinə ezam olunması barəsində Vaşinqtonun qərarına reaksiyada deyib: İraq xalqı və dövləti İŞİD-lə mübarizə bəhanəsi ilə xaricilərin bu ölkə torpağına daxil olmasına qarşıdır.İraq xalqı və dövlətinin milli bir vəzifə olaraq İŞİD-lə mübarizəsinin davam etməsini vurğulayan əl-İbadi əlavə edib: Terrorçularla döyüşün birillik təcrübəsi İraq xalqına sübut etdi ki, onlarla qarşılaşmaq üçün yalnız daxili qüvvələrə arxalansın və dini mərcəiyyətin bələdçilikləri İraq qüvvələrinin uğurunun əsas amilidir.