Suriyada yüzlərlə İŞİD terrorçusu öldürülüb
İyun 15, 2015 09:54 Asia/Baku
-
Suriyada yüzlərlə İŞİD terrorçusu öldürülüb
Suriya ordusunun qərbdə Həma və şimal-qərbdə İdlib vilayətlərində keçirdiyi əməliyyatda yüzdən çox terrorçu öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının Suriyanın İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Suriya ordusu qüvvələri şimal-qərbdə yerləşən İdlibin Zizun səddi ətrafı, eləcə də Həma vilayətinin şimal bölgələrində əməliyyatlar keçirərək, təkfirçi terrorçuların hücumlarını dəf və ən azı 150 terroçunu məhv ediblər.Həmçinin bir qrup terrorçu, o cümlədən xarici terrorçu Suriyanın cənubunda Dəməşqin ətrafında ordu qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində öldürülüb.
Digər tərəfdən, İŞİD terrorçuları Suriya ilə Türkiyənin müştərək sərhədində yerləşən Təl-Əbyəz şəhərinin strateji əl-Cəlab körpüsünü kürd mübarizlərin irəliləmələrinin qarşısını almaq üçün partladıblar.
Suriya kürd qüvvələri Suriyanın şimal-şərqində strateji Təl-Əbyəz şəhəri və keçidinə doğru irəliləmələrinin davamında Riqqə vilayətinin Suluk şəhərciyinə tam nəzarəti ələ keçirib və İŞİD terror qruplaşması Suriyada böyük məğlubiyyət astanasındadır.
Təl-Əbyəz şəhəri Suriyanın Türkiyə ilə sərhədində Riqqə vilayətində yerləşir və İŞİD-in Türkiyə ilə əsas əlaqə yoludur.
İndiyə qədər Suriyada İŞİD-in işğal etdiyi bölgələrin geri alınmasında əsaslı rola malik olan suriyalı kürd qüvvələr ötən cümə axşamı günündən Təl-Əbyəz şəhəri və Suluk şəhərciyinin azad olunması üçün əməliyyata başlayıblar.
Terrorçu qruplaşmalar 2011-ci ildən bəri Türkiyə, Ərəbistan, Qətər, İordaniya və sionist rejimin maliyyə və logistik dəstəyi ilə Suriyada çoxlu sayda cinayətlər törətmişlər.